«Vaz 2106″ markalı maşınım var idi. Satmaq məcburiyyətində deyildim, amma Türkiyəyə getmək arzum idi. İstəyirdim Türkiyədə də tanınım».
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Bayramlı «Onun sirri» proqramında deyib. O bildirib ki, Türkiyədə tanınmaq üçün avtomobilini satıb:
«Bakıda müəyyən qədər tanınmışdım, musiqi albomumu yazdırmışdım, amma çıxmamışdı. Fikirləşdim ki, gedim Türkiyəyə və mahnını orada efirdə səsləndirim. Pulum yox idi, maşınımı satmağa məcbur idim. Satdım və hazırlaşdım. Qaynıma yazdım, dedi, gəl. Dostum var TRT-də işləyir, bizə kömək edər. Getdim Türkiyəyə, görüşdüm həmin şəxslə. Efirə çıxdım, mahnımı oxudum. Qayıtdım Bakıya, aylar keçdi və yenidən maşın aldım. Həmin çıxışım mənə uğur gətirdi».