Yenilik.Az
www.AYDINLIQ.az » Təhsil » Məktəblər üçün avtobuslar ayrılacaq - Nazir vaxtı açıqladı

Məktəblər üçün avtobuslar ayrılacaq - Nazir vaxtı açıqladı

Məktəblər üçün avtobuslar ayrılacaq - Nazir vaxtı açıqladı
2020-01-27 , 12:13

Yanvarın 27-də Təhsil Naziriliyində 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransı keçirilib. Konfransda təhsil naziri Ceyhun Bayramov çıxış edərək bir sıra mövzulara toxunub.

BakuPost xəbər verir ki, nazir rəhbərlik etdiyi qurumun 2019-cu ildə valideynlərlə mütəmadi görüşlər keçirdiyini söyləyib:

"Bu görüşlərdə valideynlərin müraciətlərindən biri də məktəblər üçün nəqliyyat vasitələrinin təşkili ilə bağlı idi. Bu il məktəblər üçün nəqliyyat vasitələri sisteminin qurulması ilə bağlı nazirlik BNA ilə sıx əməkdaşlıq edir, layihələr hazırlanıb, qarşılıqlı müzakirələr aparılıb. Yeni tədris ilinin başlanğıcına qədər məktəblər sıx olan ərazilərdə nəqliyyat sistemi məsələsi öz həllini tapacaq, avtobuslar ayrılacaq. Təbii ki, bu, başlanğıcda Bakıda bütün məktəbləri əhatə etməyəcək, lakin layihənin genişləndirilməsi üçün müsbət addım olacaq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.