Yenilik.Az
www.AYDINLIQ.az » Təhsil » “Onların da diplomları tanınacaq” - Təhsillə bağlı yeni yaradılan qurum nə vəd edir?

“Onların da diplomları tanınacaq” - Təhsillə bağlı yeni yaradılan qurum nə vəd edir?

“Onların da diplomları tanınacaq” - Təhsillə bağlı yeni yaradılan qurum nə vəd edir?
2019-12-30 , 14:33

Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
“Yeni Sabah” xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bu qurumla bağlı fikirlərini qeyd edib:

“Ölkə Prezidenti Cənab İlham Əliyevin fərmanı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradıldı.

1. Agentlik Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yəni göstərdiyi xidmətlərlə maliyyələşən təşkilatdır.

2. Təhsildə Keyfiyyət Təminatı Agentliyi indiyə qədər fəaliyyət göstərən Akkreditasiya və Nostrifikasiya İdarəsinin bazasında formalaşacaq.

3. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bundan sonra təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.

4.Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş sənədləri təstiq edəcək. Bu nə deməkdir?

Bu o həmdə o deməkdir ki, yaxın illərdə ölkəmizdə distant təhsil alanların da diplomları tanınacaq.

5. Ən maraqlısı:

Hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi ilə bağlı təklif etmək hüququna malikdir. Və ya təhsil müəssisələrinə tələbə qəbulu proqnozunun formalaşdırılması prosesində iştirak etmək hüququ var ki, bu da yeni və vacib məsələdir.

6. Və ilk dəfə olaraq, ölkədə bir qurum:

A) effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etmək, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasına nəzarət edəcək.

B) müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək verəcək.

Düşünürəm ki, bu agentlik keyfiyyətin ölçülməsi üçün qəbul və buraxılış imtahanlarını təhlil edəcək, ali təhsil müəssisələrinin tədris proqramını ciddi şəkildə təhlil edəcək.

Ümumilikdə Prezident tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılması olduqca müsbət bir addımdır. Bu onu göstərir ki, ölkə prezidenti təhsilin inkişafında, keyfiyyətin artmasında, ali təhsil müəssisələrimizin dünya reytinqində yüksəlməsində maraqlıdır.

Agentliyinin nizamnaməsi kifayət qədər əhatəlidir. Təhsil sistemində böyük işlər görməyə imkan verir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.