Yenilik.Az
www.Aydinliq.Az » Təhsil » Dərslər oktyabrın 1-i başlayacaq?

Dərslər oktyabrın 1-i başlayacaq?

Dərslər oktyabrın 1-i başlayacaq?
2020-08-05 , 07:45

“Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır. Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil”


Buraxılış imtahanları, nəhayət, başa çatdı, məzunlar bir qədər nəfəs dərdi. Lakin irəlidə stresli daha bir mərhələ – qəbul imtahanları intizarı dayanır. Abituriyentləri stresə salan da məhz bu gözləntidir. Qəbul imtahanlarının tarixi hələ də bilinmir.
Abituriyentlər, onlardan daha artıq dərəcədə valideynlər narahatdır. Pandemiya bütün məsələləri bir-birinə qatdı. Nə qəbul imtahanlarının vaxtı bilinir, nə tədris ilinin başlanma tarixi. Qeyri-müəyyənliksə həmişə üzücüdür.

Xural.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qəbul imtahanlarının mümkün vaxtını açıqlayıb: “Gözləyirəm ki, avqustun 13-ü,14-ü, 15-i  qəbul imtahanları olsun”. Belə proqnoz verilməsini hansı amillər şərtləndirir?

K.Əsədov bildirdi ki, ali məktəblərə qəbul imtahanları avqustun 10-dək dəqiq keçirilməyəcək:

– Çünki buraxılış imtahanlarının yekunu bilinməlidir. Bunun üçün də azı 10 gün vaxt lazımdır. Niyə avqustun 13-ü, 14-ü, 15-i deyirəm, çünki hesablamalar bu nəticəyə gətirib çıxarır. Qəbul imtahanları üçün başqa tarix mümkünsüz görünür. Əgər imtahanlar dediyim tarixlərdə baş tutarsa, 2 həftəyə cavablar açıqlanacaq, 10 gün ixtisas seçiminə gedəcək, sonra 2-ci tur var, ixtisaslara qəbulun təsdiqlənməsi, tələbə adını alanların sənədlərinin qəbulu… bu halda 1-ci kurslar dərslərə oktyabrın 1-dən tez başlaya bilməyəcək. 1-ci kursların dərsə oktyabrın 1-dən gec başlaması isə artıq digər qanunvericilik aktları ilə ziddiyyət təşkil edəcək. Məsələn, 18 yaşı tamam olmuş gənclərin həqiqi hərbi xidmətə çağırış müddəti başlayacaq. Ali məktəblərə qəbul çox geciksə, gənclər tələbə adını qazanmamış hərbi xidmətə getməli olacaq. Belədə gərək digər qanunvericilik aktlarına da düzəlişlər, dəyişikliklər edilsin. Yəni, məsələ uzanır. Amma qəbul imtahanlarını avqustun 10-dan sonra və 15-dək keçirmək mümkündür. Əgər test tapşırıqlarına açıq və situasiya sualları salmasalar, qəbul imtahanlarını göstərilən vaxtda keçirmək mümkün olar. Tələbələr zaman itkisinə az məruz qalar, digər problemlər də yaranmaz.
Yeni tədris ilinin sentyabrın 15-dən başlana biləcəyinə gəlincə, K.Əsədov qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb:

– Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər.
İmtahan prosesinin əks olunduğu fotolar paylaşılır. Görürük ki, qaydalara əməl edilir. Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili də ənənəvi vaxtda başlaya bilər. Sinifdə şagird sayı, dərslərin növbəli təşkili və s. qaydalara əməl edilməklə. Əgər onlayn, distant təhsil düşünən varsa, bu çox yanlışdır. Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır.
Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.