Yenilik.Az
www.AYDINLIQ.az » Təhsil » Bakı Dövlət Universitetində COVİD-19-la mübarizə tədbirləri davam etdirilir

Bakı Dövlət Universitetində COVİD-19-la mübarizə tədbirləri davam etdirilir

Bakı Dövlət Universitetində COVİD-19-la mübarizə tədbirləri davam etdirilir
2020-03-27 , 14:19

Bakı Dövlət Universitetində COVİD-19-la mübarizə məqsədilə yaradılmış Qərargahın fəaliyyəti çərçivəsində Universitetin bütün giriş qapılarında dezinfeksiyaedici məhlullar qoyulub, Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizə üzrə məsləhətlərini və tövsiyələrini əks etdirən plakatlar vurulub.

BDU-nun mətbuat xidmətindən Yenilik.az-a verilən məlumata görə, Qərargah əməkdaşların və təhsilalanların suallarını operativ olaraq cavablandırır, zərurət yarandıqda atılacaq addımlar və mövcud məhdudiyyətlər barədə onlara telefon, sms və ya elektron-poçt vasitəsi ilə məlumatlar verir.
Qeyd edək ki, Qərargah yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizə və onun yayılmasının qarşısının alınması, Bakı Dövlət Universiteti ərazisində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, həmçinin tədrisin dayandırılması ilə əlaqədar olaraq video-dərslərin təşkili və elektron mühazirələrin paylanması işini təşkil etmək məqsədilə yaradılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.