Yenilik.Az
ww.Aydinliq.Az » Təhsil » Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı - RƏSMİ

Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı - RƏSMİ

Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı - RƏSMİ
2020-03-20 , 14:13

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabineti yanında operativ qərargahdan Aydinliq.az-a verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.