Yenilik.Az
www.AYDINLIQ.az » Təhsil » Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək

Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək

Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
2020-03-14 , 12:01

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların magistratura xərclərinin dövlətin öz üzərinə götürməsi təklif edilir.


AZXEBER.COM xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik olunacaq.

Qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.