Yenilik.Az
ww.Aydinliq.Az » Təhsil » Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - Video

Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - Video

Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - Video
2020-02-24 , 18:25

Məlum olduğu kimi, hazırda ölkə siyasi gündəminin əsas mövzusu 9 fevral parlament seçkilərinin nəticələridir...

Ölkə rəhbərliyinin islahatlara yönəlik siyasi iradəsinə qarşı bəzi yerlərdə ciddi seçki pozuntularına və seçki saxtakarlıqlarına rast gəlindi. Artıq dörd dairə, onlarla məntəqənin nəticələri ləğv edilib, xeyli sayda dairə ilə bağlı şikayət isə araşdırılması üçün Dairə Seçki Komissiyasına göndərilib. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, DSK-ya göndərilən dairələrdən biri də 45 saylı Abşeron seçki dairəsidir.

Bu dairədən hakim komandanın namizədi buraxılmış parlamentin spikeri Oqtay Əsədov idi. Hələ seçkiyə qədər gedən proseslərdə məlum oldu ki, spiker bu dairədə nəinki hansısa nüfuza malikdir, hətta seçicilər onların deputatlarının kim olduğundan xəbərsizdir. Amma buna rəğmən O.Əsədov təbliğat-təşviqat prosesində bir dəfə də olsun seçicilərlə görüşmədi. Onun bu arxayınçılığı isə səbəbsiz deyilmiş. Proseslərin sonrakı gedişatı onu göstərdi ki, rayon ərazisində spikerin qalib elan edilməsi üçün bütün saxtakarlıq və qaun pozuntularına hazırlıq görülüb. Belə ki, Abşeron rayon ərazisindəki məktəb müəllimləri, bütövlükdə təhsil sistemi spiker üçün dəridən, qabıqdan çıxıblar. Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədovanın rəhbərliyi ilə aparılan bu prosesdə ciddi qanun pozuntularına imza atılıb.

Belə ki, təqdim etdiyimiz videokadrlarda seçicilər onların şəxsiyyət vəsiqələrinin məktəblərdə məcburi şəkildə yığıldığını bildirir.


XalqXeber.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.