Yenilik.Az
www.AYDINLIQ.az » Təhsil » Şagirdlərin 80 faizi riyaziyyatdan "2" alır - Günah kimdədir?

Şagirdlərin 80 faizi riyaziyyatdan "2" alır - Günah kimdədir?

Şagirdlərin 80 faizi riyaziyyatdan "2" alır - Günah kimdədir?
2020-02-22 , 11:12

"Kurikulum yenidən müzakirə predmetinə çevrilib. Düşünürəm ki müzakirə üçün ciddi əsaslar var".


"Yeni Sabah" xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.O, DİM-in 2018/2019-cu tədris ilinin yekun elmi-statistik təhlilinə diqqət çəkib:

"1. Ölkə üzrə 9-ci sinif şagirdlərinin 80%-i Riyaziyyat fənnindən 1-ci mərhələ (kurrikulum ) buraxılış imtahanlarından "2" alıb.
2. Ölkə üzrə 9-cu sinif şagirdlərinin 50%-i 1-ci mərhələdə imtahan vərəqələrini heç nə yazmadan geri qaytarıb".

"Riyaziyyat fənni üzrə 2018/2019 -in ümumi nəticələri:

0 bal 50 %
0 - 20 bal 30 %
20 - 40 bal 12 %
40 - 60 bal 5.6 %
60 - 80 bal 2 %
80 -100 bal 0.5 %

Bu, köhnə və klassik 5 ballıq sistemlə ( 2, 3, 4, 5) o deməkdir ki, təxminən şagirdlərin 80 %-i Riyaziyyatdan 1-ci mərhələdə 2 qiymət alıb".

Onun sözləörinə görə, bundan əvvəlki, 2017/2018-ci tədris ilində də nəticələr acınacaqlı olub:

"Ölkə üzrə 9-cu sinif şagirdlərinin 74%-i riyaziyyatdan kurikulum üzrə buraxılış imtahanından 2 qiymət alıb ( 41 % "0" bal, 33% isə cəmi 6 bal toplamışdı, 30 ballıq sistemdə).

Maraqlıdır ki, şagirdlərin biliklərinin köhnə standartlar əsasında qiymətləndirilməsində nəticələr kurikuluma nisbətən çox yüksəkdir.

Yəni, təhsilin keyfiyyətinin qiymətləndirilməsinə cavabdeh qurumun açıqladığı statistik rəqəmlər onu deməyə əsas verir ki, 10 ildir tətbiq olunan kurikulum sistemində ciddi problemlər var.

Beləliklə görünən odur ki, ekspertlərin təhsilin keyfiyyəti ilə bağlı həyəcan təbili çalması üçün ciddi əsaslar var. Təhsilimizdə keyfiyyət dəyişiklikləri çətinliklə əldə olunur.
Problem haradadır, kurikulumdadır, müəllimlərdədir, tədris prosesindədir, qiymətləndirmədə-testlərin mahiyyətindədir yoxsa dərsliklərdə?
Bu sualların cavabı üçün TN və DİM maraqlı tərəfləri bir araya toplayıb, ciddi müzakirələr aparmalıdır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.