Sumqayıt sakini Prezidentə şikayət etdi-VİDEO

Sumqayıt sakini Prezidentə şikayət etdi-VİDEO Azərbaycan Respublikası Prezidenti

İlham Əliyev cənablarına


Surəti: Azərbaycan Respublikası Birinci

Vitse-Prezidenti Mehriban xanım Əliyevaya


Surəti: Azərbaycan Respublikası Əmək və Əhalinin

Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə


Sumqayıt şəh., 9-cu mkr, ev 7/8,mən 34-də

yaşayan Əliyev Elmin Əhəd oğlu

tərəfindən (070-723-01-73)

ŞİKAYƏT ƏRİZƏSİ:

Möhtərəm Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, 2018-ci ildən bu günədək ağır xəstəyəm, hazırda da xroniki xolestit, dəmir defisiti, qida borusu venalarının varikoz genəlməsi, nevrasteniya, qaraciyər serrozu, xroniki qastrit və digər xəstəliklərdən müalicə alıram. Lakin bu müalicələr sadəcə ömrümün bir az daha uzanması üçündür, bunlardan sağalmağım mümkünsüzdür. Bunu həkimlər də bilir, təsdiq edirlər. Müalicə olunmaq üçün nəyimiz varsa satmışıq, artıq dərman almağa da pulumuz qalmayıb, aptekdə də dərmanı nisyə alırıq. Amma buna baxmayaraq qanunla mənə düşən əlillik dərəcəsini təyin etmirlər ki, heç olmasa müəyyən qədər pensiya alıb dərman puluna verim. 11.04.2019, 20.05.2019, 13.06.2019 və 15.01.2020-cu il tarixlərdə əlillik dərəcəsinin təyin olunması üçün etdiyim müraciətlərin hər biriniə əsassız və başdansovdu imtina cavabları verilməklə mənim pensiya almaq hüququm əlimdən alınıb. Ona görə də Sizə şikayət ərizəsilə müraciət etməyə məcbur olmuşam.
Xahiş edirəm bu problemi nəzarətə götürüb obyektiv araşdırılması və mənə əlillik dərəcəsi təyin olunması üçün göstəriş verəsiniz.
[frame=https://bax.tv/player/96227.html]
Geri qayıt