Yenilik.Az
www.Aydinliq.Az » Şikayət » Nərimanovda Kərbəla müsibəti: 3 gündür su yoxdur (VİDEO/FOTO)

Nərimanovda Kərbəla müsibəti: 3 gündür su yoxdur (VİDEO/FOTO)

Nərimanovda Kərbəla müsibəti: 3 gündür su yoxdur (VİDEO/FOTO)
2021-10-17 , 16:30

Artıq üçüncü gündür ki, Nərimanov rayonu Xoyski prospektində su kəsilib.


Qaynarinfo-nun hadisə yerində olan müxbiri xəbər verir ki, Azərsu ASC Nərimanov rayon Su-kanal idarəsinin əməkdaşları qazıntı apararaq qəza yerini dəqiqləşdirməyə çalışsa da, nəticə hasil olmayıb.

Müxbirimizin sorğusundan sonra məlum olub ki, qəza yerini dəqiqləşdirmək üçün defektoskopiya diaqnostika cihazı yoxdur və qazıntılar qarasına aparılır.
Sakinlərin vəziyyəti dözülməz hala çatıb, məhəlləni su basıb. Bunu fotolardan və videodan da görmək olar.
 
Qazıntı zamanı qaz boruları zədələndiyi üçün qaz verilməsi də dayandırılıb.

İdarədən bu haqda məlumat almaq mümkün olmayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.