Yenilik.Az
www.Aydinliq.Az » Şikayət » Sumqayıtda bu marketlərdə müştəri iki dəfə növbə tutmalıdır-NARAZILIQ

Sumqayıtda bu marketlərdə müştəri iki dəfə növbə tutmalıdır-NARAZILIQ

Sumqayıtda bu marketlərdə müştəri iki dəfə növbə tutmalıdır-NARAZILIQ
2021-03-23 , 13:30

Məlum olduğu kimi mağazalarda alış-veriş edərkən alıcılara fiskal kodu olan kassa çeki verilməlidir. Həmin kassa çeki edvgerial.az saytına daxil edildikdə ƏDV-nin müəyyən bir hissəsi müştəriyə qaytarılır. Lakin Sumqayıtda bəzi marketlərdə ƏDV çekini almaq üçün müəyyən mərhələlərdən keçmək lazımdır.


Sumqayıt şəhəri 9-cu mikrorayondakı "Ən ucuz market" və 10-cu mikrorayondakı "Gold Qayalı" marketlərindəki bəzi kassalarda alış-veriş edərkən müştəriyə fiskal kodu olmayan çek verilir. Təsəvvür edin ki, 10-15 dəqiqə kassada növbə gözləyən müştəri əlavə 10-15 dəqiqə də başqa kiminsə qabağında növbə gözləmlidir ki, fiskal kodu olan ƏDV çeki alsın. Buna isə hamının səbri çatmır. Həmçinin hansısa iş adamı, yaxud ağsaqqal adam, ya da tələsən müştəri əlavə növbədə vaxt itirmək istəməyib getməyə məcbur olur. Sosial şəbəkədə şəhər sakinlərindən biri yazır ki, "Qayalida bəzi kassalardan çıxır fisikalli çeklər. Səda storda (17-ci mikrorayonda-Red.) da 1-2 kasaada çıxır, amma adam bilmir hansı kassalardi.yoldaşım gecə işdən gələndə girir "Səda"ya hər dəfə ƏDV-siz ceklərlə gəlir. Özü də deyir ki gecə-gecə gözləyə bilmərəm cek. Belə şeyləri nəzərə alıb çekləri ƏDV-li vermək lazımdır. Birisi gecikir, birisi xəstə olur, ayaq üstə dayana bilmir, birisi işdən yorğun gəlir, evə dincəlməyə tələsir."

Sonradan həmin ƏDV çekləri çıxırmı, çıxmırmı onu bir Allah bilir, bir də bu marketləri işlədənlər. Ümid edirik ki, Dövlət Vergi Xidməti bu problemin tezliklə həll olunması üçün tədbir görəcək.
Yazıda adı hallanan ticarət mərkəzlərinin rəhbərləri mövqe bildirmək istəsələr dərc etməyə hazırıq. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.