Yenilik.Az
www.Aydinliq.Az » Şikayət » Namiq Qaraçuxurlunun dayısı borcunu ödəmir - Şikayət

Namiq Qaraçuxurlunun dayısı borcunu ödəmir - Şikayət

Namiq Qaraçuxurlunun dayısı borcunu ödəmir - Şikayət
2021-03-18 , 04:01

Meyxanaçı Namiq Qaraçuxurlunun dayısı aldığı "Porshe" markalı avtomobilin pulunu ödəməkdən imtina edir.


Yenisabah.az xəbər verir ki, bu barədə şikayətçi Musa Bağırov Unikal.org-a müraciətində bildirib. O, qeyd edib ki, 7 ilə yaxındır ki, satdığı maşının pulunu ala bilmir:
"Mən Namiq Qaraçuxurlunun dayısı Namazov Fizuli Kazım oğluna "Porshe Cayenne" markalı avtomobili 2014-cü ildə 80 min dollara satdım. Maşını onun adına keçirməyəcəkdim. Mənə müalicə üçün avtomobillə xaricə gedəcəyini dedi. Mən də məcbur qalıb sənəd verdim. Onunla biz uzun müddət idi tanış idik. O, avtomobili alanda Namiqin qardaşı və xalası oğlu da yanında idi. Pulun bir hissəsini ödəyəndən sonra qalanını ödəmədi. Sonra mənimlə borc müqaviləsi bağladı. Hazırda Fizulinin mənə 25 min dollar, 6 min 150 manat borcu qalır. Əlimdə məhkəmə qərarı olsa da, bugünə qədər mənim pulumu ödəmir. Yaxın olduğumuz üçün bu barədə Namiq Qaraçuxurluya və onun anası Hacı xanıma da məlumat vermişəm. Mənim pulumu qaytarmırlar. Halbuki, avtomobili alanda Namiqin qardaşı da orda idi. Mən onların ailəsinə inandığım üçün ödənişin qalanını sonra verilməsinə razı oldum. İndi aidiyyatı qurumlardan xahiş edirəm ki, məhkəmə qərarının icra edilməsi üçün mənə kömək etsinlər".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.