118 saylı məktəbdə qalmaqal – “Direktor mənim şagird qızımı diskriminasiyaya məruz qoyur”

“Bakının Suraxanı rayonu Hövsan qəsəbəsindəki 118 saylı məktəbin direktoru mənim şagird qızımı diskriminasiyaya məruz qoyur”. Bu sözləri Azinforum.az İnformasiya Portalına açıqlamasında həmin məktəbin 8-ci sinif şagirdi Məmmədli Fatimənin atası Faiq Məmmədov deyib. Valideynin sözlərinə görə, onun qızı Respublika üzrə keçirilən fənn olimpiadasında öz məktəbdinin şagirdləri arasında ən yüksək sayılan – 63 bal toplayıb:
Səslənən ittihamlara aydınlıq gətirmək üçün, məktəbin direktoru Nizaməddin Ağcayevlə əlaqə saxladıq. Direktor Azinforum.az-a açıqlamasında bildirdi ki, onların məktəbindən 7 şagird olimpiadanın respublika mərhələsinə keçib:
“Biz məktəb olaraq həmin uşaqların hər birinin adına diplom yazdıq. Məktəbin dərs hissə müdiri ilə birlikdə mənim kabinetimdə onlara təqdim etmişik. Şagirdlərin 4-nə müavin, digər 3-nə isə mən təqdim etmişəm. Ola bilər ki, həmin şagirdə mükafatı mən yox, müavinim təqdim edib. Burada qeyri-adi nə var ki? Keçən il onların müraciəti əsasında övladlarının sinifi dəyişib. Sizin dediyiniz şagirdin anası da bizim məktəbdə müəllimə işləyir. Onlar hər zaman çalışırlar ki, uşaqları birinci olsun. Onlarla da rəqabət aparan şagirdlər çoxdur. Sadəcə, şagird belə rəqabəti qəbul etmək istəmir. Həmin şagird və ailə ilə bizim heç bir problemimiz yoxdur”./Azinforum.az