Yenilik.Az
www.Aydinliq.Az » Şikayət » Binəqədidə şəhidlərin lövhə qalmaqalı: icra başçısı üz-gözünə bulaşdırdı – Foto

Binəqədidə şəhidlərin lövhə qalmaqalı: icra başçısı üz-gözünə bulaşdırdı – Foto

Binəqədidə şəhidlərin lövhə qalmaqalı: icra başçısı üz-gözünə bulaşdırdı – Foto
2020-12-19 , 13:58

Paytaxtın Binəqədi rayon icra başçısı Elxan Allahverdiyev şəhid lövhələrinin sökülməsi, sonra buna əndrəbadi izah verməsi ilə bu işi üzünə-gözünə bulaşdırıb.

Reportyor.info xəbər verir ki, Binəqədi İH-nin rəsmi izahatı ilə qane olmayan sosial şəbəkə istifadəçiləri icra başçısını əməlinə görə yıxıb-sürüməkdədir.

Vətəndaşlar bu nalayiq hərəkəti pisləyiblər və yolverilməz olduğunu söyləyiblər. Şəhidlərə hörmətsizlik etmiş Binəqədi İH sudan quru da çıxa bilmir.
İH açıqlama verib ki, guya lövhələri sökən elə onları ora dikənlər olub və yerinə daha layiqliləri qoyulacaq.
Amma E.Allahverdiyev tapşırıq verə bilərdi ki, yeni lövhələr, stendlər hazır olanda köhnələri götürülsün, o vaxta qədər yerində qalsın.
Bildirək ki, hadisə Mehdiabad qəsəbəsində olub. Yolda şəhidlərin fotoşəkillərindən ibarət lövhələr qoyulub. Bu təşəbbüs təkcə mediada deyil, sosial şəbəkələrdə də böyük rəğbət qazanmışdı.
Lakin həmin lövhələr Mehdiabad yolundan yığışdırılıb. Hazırda həmin ərazidə lövhələrin bərkidildiyi dirəklərin boş yeri və yerə səpələnmiş qərənfillər qalıb.
İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirib ki, guya lövhələri asan şəxs özü onları ərazidən yığışdırıb.
İşə bax, həmin adam görüb ki, lövhələr hamının xoşuna gəlib. Ona görə də, bunları müvəqqəti olaraq götürüb ki, daha möhtəşəm bir iş görsün.
Buna kim inanar? Heç bişmiş toyuğun gülməyi də gəlməz. İcra başçısı daha yaxşı cavab tapmalıydı ki, hamını qane etsin.
Lövhələrdə tək Vətən müharibəsi qəhrəmanlarının fotoşəkilləri deyil, o cümlədən Milli Qəhrəmanlar – Əliyar Əliyev, Allahverdi Bağırov, Polad Həşimov, Mübariz İbrahimov və digərlərinin də şəkilləri yer almışdı.
Mənbə: ​https://reportyor.info/bin%c9%99q%c9%99did%c9%99-s%c9%99hidl%c9%99rin-lovh%c9%99-qalmaqali-icra-bascisi-uz-gozun%c9%99-bulasdirdi-foto/​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.