Yenilik.Az
www.Aydinliq.Az » Şikayət » Deputatın şirkəti yolu bağladı: Sakinlər etiraza qalxdı – Video

Deputatın şirkəti yolu bağladı: Sakinlər etiraza qalxdı – Video

Deputatın şirkəti yolu bağladı: Sakinlər etiraza qalxdı – Video
2020-09-08 , 12:15

“Kristal Abşeron” şirkətinin Nizami rayonu ərazisində apardığı tikinti işləri sakinlərin etirazına səbəb olub. “Yeni Sabah” xəbər verir ki, şirkət Kamil Balakişiyev küçəsi, 42 ünvanında yaşayan sakinlərin yolunu bağlamağa çalışır. Buna səbəb isə şirkətin həmin binanın yanında tikdiyi çoxmərrtəbəli bina olub.

Bu gün sakinlər şirkətin yolu bağlamasına etiraz olaraq aksiya keçiriblər. Onlar şikrətin sakinlərə əziyyət verdiyini, onların hüquqlarını pozduğunu bildiriblər: “Camaatın evinə gedən yola  məhdudiyyət qoyublar, hazırda heç kim evinə gedə bilmir. Hadisə Nizami rayonunda, düz metronun yanında baş verir. Bina köhnədir və bunların səhlənkarlığı ucbatından binamız əsir. 
Hamı bu dəqiq burada dayanıb. Onlar yolu səbəbsiz bağlayıblar. Qanuna görə binalar arasında 12 metr məsafə olmalıdır. Amma bunlara niyə qadağan olunmur, bilmirik. 
25-ci polis bölməsinə müraciət etmişik, amma heç bir tədbir görmürlər. Əksinə qarşı tərəfi müdafi edir, onlara köməklik göstərirlər. Biz insanları hələ bir hədələyirlər də... 
Bizə onların hansı işi gördükləri maraqlı deyil, sadəcə yolumuzu kəsməsinlər, insanlar evlərinə gedə bilmirlər. Binada 50 nəfərdən çox sakin var. Bizim hüquqlarımız tapdalanır. Sabah mənim özüm xəstələnsəm, yaxud uşağıma bir şey olsa, buraya təcili yardım maşını gəlib girə bilməyəcək. Yanğın hadisəsi baş versə, yanğınsöndürən gələ bilməyəcək. Bizim yaşadığımız bina dövlət binasıdır, 28 nömrəli MİS-ə baxır”.
Qeyd edək ki, “Kristal Abşeron” şirkəti deputat Ağalar Vəliyevə məxsusdur.
Sayad Həsənli



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.