"Caspian İnternational Hospital"da qəssabxana qaydaları... - GİLEY

"Şikayətim uzun zamandır pasienti olduğum Caspian İnternational Hospitaldandır. Xəstəxananın 1ci korpusunda o qədər ginekoloq çalışır ki, (Allah daha da artıq etsin, sözüm ona deyil) say-say bitirmək olmaz. Doğuş üzrə özünü bu qədər “tutan” klinikada, doğuşdan sonra ana və körpəyə niyə bu qədər laqeyd davranılır, anlamıram". DİA.AZ bildirir ki, bu barədə Bakı sakini Elnurə Axundova şikayətini bildirir.
Bu pandemiya vaxtında dünyaya yeni gəlmiş körpə ilə SAATLARLA sırada dayanmalıyıq, niyə?! Çünkü Caspian İnternational Hospitalın

Dr. Şahbazovun qəbulunu gözləyən pasientlərin sırası isə ümumiyyətlə acınacaqlı haldadır. Sosial ara məsafəsindən ümumiyyətlə söz gedə bilməz.
Və siz bu qədər stress və əsəb azmış kimi, bu insan toplusunun içindən ən az 2-3 dəfə keçirsiz. Sonra da gəl 14gün gözlə ki, Corona tutdum ya yox.
Bu qədər əsəb, stress və vaxtımı alan Caspian Hospital müdriyyətindən yaranmış xaos-vəziyyətə bir əncam çəkməyini bir müştəri, pasient və vətəndaş olaraq tələb edirəm!"
Qarşı tərəfi də dinləməyə hazırıq.../DİA.az
http://www.dia.az/8/261568-caspian-nternational-hospitalda-qessabxana-qaydalari.html