Yenilik.Az
ww.Aydinliq.Az » Şikayət » Lənkəranda “işıq xəstəliyi” – İnsanlara maddi və fiziki ziyan vurur...

Lənkəranda “işıq xəstəliyi” – İnsanlara maddi və fiziki ziyan vurur...

Lənkəranda “işıq xəstəliyi” – İnsanlara maddi və fiziki ziyan vurur...
2020-04-11 , 19:05

Ölkədə karantin rejiminin tətbiq olunduğu vaxtda və izolyasiya tədbirlərinin həyata keçirildiyi günlərdə Lənkəran Elektrik Təchizatı və Satışı İdarəsi evdə qalan insanların səbrini tükədir.
Sakinlərdən BakuPost-a verilən məlumata görə, günəşli günlərdə də külək əsməsi bəhanəsi ilə tez-tez enerji açılımları həyata keçirilir. Bu da bütün günü evdə olan, onsuz da psixoloji cəhətdən həssas, pandemiya təşvişi yaşayan insanların əsəblərini darama çəkir, eyni zamanda məişət texnikalarını sıradan çıxarır.
“Məlum olduğu kimi, ölkədə ciddi karantin rejimi tətbiq olunandan hökumətin nəzarəti ilə aidiyyəti qurumlar əhalinin kommunal xidmətlərini yüksək səviyyədə təmin etməyə çalışır. Amma bu, məsələnin Lənkərana deyəsən, heç bir aidiyyəti yoxdur. Rayonun Elektrik Təchizatı və Satışı İdarəsi nəyin ki, əhalinin həssaslığını, ölkədə xüsusi bir rejimin tətbiq olunduğunu nəzərə alır, hətta sakinləri sanki qəsdən narazı salmağa çalışır.
Şəhərin ən böyük abonent tutumlu 5,6 və 9-cu xətlərində gün ərzində fasilələrlə enerjinin verilməsi sakinlərin hiddətinə səbəb olub”.
Şikayətçilərin sözlərinə görə, Lənkəran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Mehman Mehdiyev baş verənləri 9-cu xətdə debutor borcu olan abonentə görə etdiklərini bildirib: “Onların bu etdikləri karantin qaydalarına ziddir. Belə olan halda əhaliyə verilən elektrik enerjisi bir abonentin borcuna görə kəsilməməlidir”.
Sakinlər məsələ ilə bağlı dəfələrlə İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara müraciət etdiklərini, lakin vəziyyətin düzəmədiyini bildiriblər. Onlar aidiyyəti qurumların bu məsələyə diqqət göstərməsi, baş verən hər-mərcliyə, məsuliyyətsizliyə görə cavabdeh olan şəxslər barədə ölçü götürülməsini xahiş ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.