Yenilik.Az
ww.Aydinliq.Az » Şikayət » Bakıda sosial evləri "satan"dan Ali Məhkəməyə ŞİKAYƏT

Bakıda sosial evləri "satan"dan Ali Məhkəməyə ŞİKAYƏT

Bakıda sosial evləri "satan"dan Ali Məhkəməyə ŞİKAYƏT
2020-03-29 , 19:00

Vətəndaşlara sosial evlər satacağı vədi verərək dələduzluq edən Fərid Cəfərxanlı Ali Məhkəməyə müraciət edib.
Demokrat.az-ın xəbərinə görə, Fərid Cəfərxanlı kassasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayəti araşdırılması üçün hakim Fərhad Kərimovun icraatına verilib.
Şikayətə baxılacaq vaxt müəyyən olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Cəfərxanlı 6 il, Könül Kərimova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların kasasiya şikayətləri təmin olunmayıb.
Könül Kərimova isə məhkəmə qərarından Ali Məhkəməyə şikayət etməyib.
İttihama görə, hər iki şəxs vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 85 min 785 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Belə ki, Fərid Cəfərxanlı və Könül Kərimova Bakıda yaşayan 5 şəxsə sosial evlər satacağını vəd edib, lakin sonradan onlar vədinə əməl etməyiblər.
İstintaq dövründə zərərçəkmişlərə dəymiş zərərdən 37 min 758 manat təqsirləndirilən şəxslər tərəfindən geri qaytarılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.