Yenilik.Az
ww.Aydinliq.Az » Şikayət » "İşçilər xlor qoxusundan az qala boğulacaqdılar” - Şikayət

"İşçilər xlor qoxusundan az qala boğulacaqdılar” - Şikayət

"İşçilər xlor qoxusundan az qala boğulacaqdılar” - Şikayət
2020-03-04 , 13:29

Bunu Lənkəran Dövlət Universitetinin əməkdaşları müraciətində bildirib...

Onların sözlərinə görə, koronavirusla bağlı universitetdə dezinfeksiya işləri görülən zaman köməkçi və texniki heyət universitetdə saxlanılıb.

Belə olan halda laborantlar, kargüzarlıq şöbəsinin əməkdaşları universitetdə nəfəs almaqda çətinlik çəkdiklərini qeyd edib.

Təhsil müəssisəsinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, tapşırığa əsasən, universitetin bütün tədris korpuslarında dezinfeksiya işləri, əsasən, şənbə-bazar günləri aparılır. Həftəiçi isə tibbi-profilaktik tədbirlər həyata keçirilir: “Qərara əsasən, müəssisədə təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Ancaq bu gün qeyri-iş günü olmadığından bəzi işçilər, məsələn, mühasibatlıq, hansısa kafedranın laborantı, elə özüm də müəyyən müddətlik iş başındayıq. Bu, o demək deyil ki, həmin şəxslər axşama kimi universitetdə olacaq. İşini bitirən hər kəs çıxa bilər”. (Qafqazinfo)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.