Şakiranın 8 il müddətinə həbsi tələb olunur

Şakiranın 8 il müddətinə həbsi tələb olunur
Tarix : Oxunma : Yorum Yaz

İspaniyada prokurorlar dünya şöhrətli müğənni Şakiranın 8 il 2 ay müddətinə həbsini və 23 milyon avro cərimələnməsini istəyir.

Bu barədə “El Pais” qəzeti məlumat yayıb. Bildirilib ki, prokurorlar ifaçını vergidən yayınmaqda ittiham ediblər. Müğənninin nümayəndələri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Şakira 2012-ci ildən 2014-cü ilə qədər vergidən yayınma ilə bağlı ikisi ağır olmaqla 6 cinayətdə ittiham olunur. Lakin həmin vaxt onun İspaniyada ildə 183 gündən çox vaxt keçirməsi ilə bağlı birbaşa sübut tapılmayıb.

İlk yorumu siz yazın