Azərbaycanda yoluxma bir az da azaldı

Azərbaycanda yoluxma bir az da azaldı Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 392 yeni yoluxma faktı qeydə alınıb, 2 274 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib. 26 125 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, bu günə qədər isə ümumilikdə 3 229 867 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 15 465 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 206 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 471 579, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 959 804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 511 775 təşkil edir.

Geri qayıt