Yenilik.Az
www.AYDINLIQ.az » Sağlamlıq » Arıqlamağa kömək edir, qaraciyəri sağlamlaşdırır...

Arıqlamağa kömək edir, qaraciyəri sağlamlaşdırır...

Arıqlamağa kömək edir, qaraciyəri sağlamlaşdırır...
2020-01-31 , 13:55

Qışda gündə 3-4 naringi yemək çox faydalıdır. Bu vərdiş immuniteti və qaraciyərin sağlamlığını yaxşılaşdırır. Həmçinin naringi digər üstünlüklərə də sahibdir.

“MedikForum.ru” saytına istinadən bildiririk ki, soyuq fəsildə və günəş işıqının çatışmadığı bir vaxtda orqanizmi çox miqdarda vitamin və sellülozla təmin etmək lazımdır. Bu baxımdan naringi əsl sağlamlaşdırıcı effektə malikdir.

Sümükləri möhkəmləndirir. Naringinin tərkibində olan mikroelementlər və kalsium kimi minerallar sümükləri daha möhkəm, dişləri isə daha sağlam edir.

Dərini sağlamlaşdırır. Hamar və möhkəm dəri üçün bədənə kollaqenin yaranması və sintezində aktiv iştirak edən C vitamini tələb olunur. Gündəlik olaraq naringidən istifadə gözəl və cavan dəri üçün vacib olan vitamin ehtiyatlarını doldurmağa kömək edir. Həmçinin naringi meyvəsi hüceyrələrin regenerasiya prosesini aktivləşdirən və metabolizmi normallaşdıran beta-karotinlə zəngindir.

İmmuniteti yaxşılaşdırır. Naringinin tərkibindəki askorbin turşusu soyuqdəymə ilə mübarizədə kömək edir. Ümumiyyətlə, antioksidant immuniteti möhkəmləndirir, virusun orqanizmə düşdüyü vaxt isə xəstəliyin davamlılıq müddətini azaldır. Gündə 3-4 naringi yemək ideal hesab olunur.

Arıqlamağa kömək edir. Amerikalı tədqiqatçılar məlum ediblər ki, naringi tərkibindəki nobitelin maddəsi sayəsində artıq kiloqramlarla mübarizədə kömək edir. Nobitelin piy hüceyrələrinin yanmasını stimullaşdırır.

Qaraciyəri sağlamlaşdırır. Naringinin tərkibindəki nobitelin qaraciyərdə artıq piyin toplanmasına imkan vermir və bununla da onu sağlamlaşdırır. Piylənmiş qaraciyər gələcəkdə hepatit, sirroz və hətta xərçəngə gətirib çıxara bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.