Yenilik.Az
www.AYDINLIQ.az » Sağlamlıq » Koronavirusa görə İşçi qrupu yaradılır, Çin məhsullarına nəzarət gücləndirilir

Koronavirusa görə İşçi qrupu yaradılır, Çin məhsullarına nəzarət gücləndirilir

Koronavirusa görə İşçi qrupu yaradılır, Çin məhsullarına nəzarət gücləndirilir
2020-01-28 , 17:16

Azərbaycanın sərhəd-keçid məntəqələri koronavirus epidemiyasına görə gücləndirilmiş iş rejiminə keçib.
Bununla bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub.



Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Bundan başqa Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması haqqında qərar verilib.

Digər qərara əsasən, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarət gücləndiriləcək.

Azərbaycanın səhiyyə ocaqlarında koronavirusla bağlı qaynar xətlər yaradılacaq.

Azərbaycanda Səhiyyə nazirinin rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə koronavirus epidemiyasına qarşı İşçi qrupu yaradılacaq.

Bildirilib ki, hazırda ölkədə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur. /Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.