Yenilik.Az
www.Aydinliq.Az » Sağlamlıq » Bu 5 məhsulla stressə dayanıqlı olun

Bu 5 məhsulla stressə dayanıqlı olun

Bu 5 məhsulla stressə dayanıqlı olun
2020-01-28 , 13:42

Stres yaşayan insanlar tez-tez qeyri-sağlam qidalara üstünlük verir – şokolad, snek və un məmulatları. Pis seçimdir! Stres zamanı sizin bədəninizin lazımi qida maddələrinə ehtiyacı olur.


“MedikForum.ru”ya istinadən stresə dayanıqlı olmaqda kömək edən beş məhsulu təqdim edirik:

Yulaf

Yulaf lopaları enerji mübadiləsi və əsəb sistemini dəstəkləyən B1 və B3 vitaminləri ilə zəngindir. Bundan başqa, triptofan aminoturşusu xoşbəxtlik hormonu kimi tanınan serotoninin yaranmasına gətirib çıxarır. Məsləhət: gərgin gündən əvvəl sıyığı qoz və meyvələrlə hazırlayın.

Çərəzlər

Hər kəsin cibində və ya masasının siyirməsində çərəzlər olmalıdır, ona görə ki, onlar beyin üçün vacib qidadır. Araxis və ya qoz, makadamiya və ya badam – bütün növlərin tərkibində yaddaşı dəstəkləyən B vitamini, eləcə də kalium və dəmir var.

Banan

Banan təkcə toxluq hissi yaratmır, həm də sizin əsəblərinizə müsbət təsir göstərir. Bunda ona B qrupu vitaminləri, maqnium və kalium kömək edirlər. Məsələn, kalium qan təzyiqinin tənzimlənməsində vacib rol oynayır.

Tünd şokolad

Kakaonun tərkibindəki triptofan serotoninin yaranmasını stimullaşdırır. Tünd şokoladın tərkibində, həmçinin stres hormonlarını aşağı salan antioksidantlar var.

Somon balığı

Somon balığı zülal və omeqa-3 yağ turşuları ilə zəngindir. Sonuncular stres zamanı əmələ gələn adrenalin hormonunu aşağı salmaqla sakitləşdirici təsir göstərirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.