Yenilik.Az
www.Aydinliq.Az » Sağlamlıq » Tibbi maska virusdan qorusa da, ziyandır – Rəşid Mahmudovdan AÇIQLAMA

Tibbi maska virusdan qorusa da, ziyandır – Rəşid Mahmudovdan AÇIQLAMA

Tibbi maska virusdan qorusa da, ziyandır – Rəşid Mahmudovdan AÇIQLAMA
2021-02-19 , 16:23

COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə istifadə edilən tibbi maskalar gündəlik həyatımızın ayrılmaz parçasına çevrilib. Bəzi mütəxəssislər bildirirlər ki, bu maskalar insan sağlamlığı üçün ziyandır.

 
Mövzu ilə bağlı Pravda.az-a tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov danışıb. O bildirib ki, ümumiyyətlə, tibbi maskadan istifadə etməyin həm müsbət, həm də mənfi təsirləri var: “Maska taxan zaman xaricdəki zərərli maddələrin orqanizmə düşməsi nisbətən əngəllənir. Nəfəsalma zamanı ətrafdakı virus infeksiyaları tənəffüs yollarına, ordan da ağciyərlərə keçə bilər.
 
Lakin nəzərə almaq lazımdır ki, nəfəsvermə zamanı isə verdiyimiz karbon qazı maskada qalır, onun havaya qarışmasının qarşısı alınır. Beləliklə növbəti nəfəsalma zamanı həmin karbon qazı yenidən udulur, yəni ağciyərdən verdiyimiz kirli havanı bir daha orqanizmimizə ötürürük. Bu səbəbdən bədəndə oksigenin miqdarının azalması nəticəsində, maskalardan daimi istifadə bir sıra orqanlara, həmçinin ürəyə də mənfi təsir göstərir. Nəticədə, halsızlıq yaranır, ürək döyüntüləri artır və s”.
 
R.Mahmudov həmçinin sağlıq durumu ilə bağlı da məlumat verib. O bildirib ki, hazırda səhhəti yaxşıdır və işə davam edir.
 
Qeyd: Rəşid Mahmudov bir müddət əvvəl Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.