Yenilik.Az
www.AYDINLIQ.az » Sağlamlıq » Nazirlik hərəkətə keçdi, bu cür qidaları satanlara ağır cəzalar gəlir - Bizdə vəziyyət necədir?

Nazirlik hərəkətə keçdi, bu cür qidaları satanlara ağır cəzalar gəlir - Bizdə vəziyyət necədir?

Nazirlik hərəkətə keçdi, bu cür qidaları satanlara ağır cəzalar gəlir - Bizdə vəziyyət necədir?
2020-01-28 , 13:26

Türkiyədə paketlənməmiş, açıq şəkildə satılan qidalarla bağlı sərt cəzalar gəlir. Bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli deyib.
Onun sözlərinə görə, bu cür qidalar sağlamlıq üçün çox təhlükəlidir, çünkü küçədə açıq şəkildə satılan hər hansı məhsulun içinə təhlükəli maddələr qarışa bilər. Nazir bildirib ki, bununla bağlı hazırlanan artıq layihə Milli Məclisə göndərilib və yaxın günlərdə qərar veriləcək. B. Pakdəmir qeyd edib ki, bu cür ticarətlə məşğul olanlar üçün 250 min Türk lirəsi ( təxminən 55 min manat) dəyərində cərimə və ya 5 il müddətinə qədər həbs cəzası nəzərdə tutulub.

Azərbaycanda da bununla bağlı vəziyyət heç də ürəkaçan deyil. Küçələrdə. Bazarlarda, hətta supermarketlərdə belə açıq şəkildə satılan qidalara rast gəlinir.Bəs ölkəmizdə belə ticarətin qarşısını almaq üçün hansısa tədbirlər görülürmü? Bununla bağlı cəzalar tətbiq olunurmu?

Mövzu ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O, Yenisabah.az-a açıqlamasında qeyd edib ki, bu tip ərzaq məhsullarının satışı ilə əlaqədar olan və istehsal edənlər sərt şəkildə cəzalandırılmalıdır:

“Azərbaycanda Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, Azərbaycanın əmtəə bazarında satılan bütün qidalar paketlənməli, saxlanma tarixi və son yararlılıq müddəti qeyd olunmalıdır. Lakin biz ən yaxşı supermarketlərə girdikdə görürük ki, kofetlər açıq yeşiklərdə satılır, hər bir konfetin üstündə buraxılma tarixi olmur, hətta yeşiyin sonlarına ensək, konfetlərin içərisində qurda da rast gələ bilərik. Peçenyelər, vaflilər... Bunların çoxusu yerli istehsal ola-ola, Rusiya istehsalı adı altında satılır. “Sport” peçenye ilə, “Moskva” peçenyasını buraxan firmanın adı yoxdur, elə bilirik ki, xaricə aiddir, ya da Rusiyanın malıdır və s. bu cür aldatmalar baş verir, qərar pozulur. Həmçinin ət məhsulları da açıq satılır. Belə ətlərin üzərində buraxılma və yararlılıq tarixi olmalıdır.

Bu qayda pozuntusuna görə, bizdə təəssüflər olsun ki, cəza yoxdur və dövlətin istehlakçı hüquqlarını qoruyan təşkilat, yəni İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komitəsi “yuxulayır” və bir iş görmür. Mütləq bununla bağlı cəza qanunuvericiliyə əlavə edilməlidir”.

E.Hüseynovun sözlərinə görə, təmsil etdiyi quruma açıq satılan qidalarla bağlı çoxlu şikayəytlər daxil olur. O bildirib ki, həftədə bir-iki dəfə birliyə vaxtı keçmiş, açıq satılan qidalarla bağlı şikayət zəngləri olur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.