Yenilik.Az
www.Aydinliq.Az » Sağlamlıq » Azərbaycanlı alim: Virus kökündən məhv olacaq

Azərbaycanlı alim: Virus kökündən məhv olacaq

Azərbaycanlı alim: Virus kökündən məhv olacaq
2020-12-25 , 08:48

İkinci nəsil peyvəndlərin tətbiqindən sonra ümumiyyətlə, bu virusu kökündən məhv eləmək mümkündür.Sfera.az bildirir ki, bu sözləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Koln Universiteti klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev "Yeni Musavat”a COVİD-19 və onun mutasiya olunmuş ştammı ilə bağlı müsahibəsində deyib.


"Bu virusa yeni virus demək, virus yenidən mutasiya olundu, daha pis oldu, bunları demək düzgün deyil. Bunu bilməlidirlər ki, bu gün nə qədər özlərini qoruyurlarsa, virusun yeni formasının yaranmasından asılı oımayaraq mübarizəyə eyni şəkildə davam etməlidirlər. Əminliklə vurğulayıram ki, nə qədər təhlükəli olsa da, yeni virus növünün yayılmasının canlı ünsiyyətləri minimuma endirməklə qarşısını almaq olur. İkincisi isə insanlar bilməlidir ki, ikinci nəsil peyvəndlərin tətbiqindən sonra ümumiyyətlə, bu virusu kökündən məhv eləmək mümkündür. O da selikli qişa immunitetini yaratmaqla olacaq. Hətta mümkündür ki, həmin növ peyvəndləri buruna yalnız sprey şəklində vurmaqla insanlarda selikli qişa immuniteti yaradılsın. Bundan sonra da insan nə qədər bu virusla kontaktda olsa, xəstəliyə tutulmaz. Bunu yaratmaq mümkündür, ikinci nəsil peyvəndlərin artıq tədqiqatları aparılır. Avropada da var. Əgər belə davam edərsə, təxmini 11 aydan sonra onların da tətbiqini gözləmək olar. Düşünürəm ki, birdəfəlik bu problemdən qurtara biləcəyik”, – deyə azərbaycanlı alim bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.