Yenilik.Az
www.Aydinliq.Az » Sağlamlıq » Azərbaycanda yoluxma kəskin azaldı

Azərbaycanda yoluxma kəskin azaldı

Azərbaycanda yoluxma kəskin azaldı
2020-12-23 , 18:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 4 461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 46 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 208 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2 340 nəfər vəfat edib, aktiv xəstə sayı 54 211 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 599 , bu günə qədər isə ümumilikdə 2 102 957 test icra olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.