Yenilik.Az
www.Aydinliq.Az » Sağlamlıq » Ev şəraitində müalicə alan COVID-19 xəstələri nələrə diqqət etməlidir? - VİDEO

Ev şəraitində müalicə alan COVID-19 xəstələri nələrə diqqət etməlidir? - VİDEO

Ev şəraitində müalicə alan COVID-19 xəstələri nələrə diqqət etməlidir? - VİDEO
2020-12-17 , 09:04

COVID-19 başımızın üstünü alandan, bəziləri ev şəraitində, bəziləri də xəstəxanalarda müalicə alır. Bu sahədə hətta virtual məsləhətçilər də peyda olub.


Kimi müalicə üçün resept paylaşır, kimi isə ümumiyyətlə dava-dərmandan imtina edərək, xalq təbabətinə üz tutmağı vacib bilir. Ancaq son vaxtlar yoluxma statistikasında təhlükəli artımın olması və xəstəxanlarda məhdud sayda yerlərin qalması bəzi xəstələrin ev şəraitində müalicə almasını şərtləndirir.

Bəs testinin nəticəsi pozitiv çıxan xəstə hansı halda evdə qala bilər, hansı halda isə xəstəxanaya getmək üçün həyəcan təbili çalmağa dəyər?

“Yeni Sabah” Xəzər TV-yə istinadla xəbər verir ki, Rəşad Mahmudov bu məsələdə danışıb. O bilidirb ki, önəmli faktorlardan biri vətəndaşın heç bir halda stresə düşməməsidir. İlkin mərhələdə yataq rejimində istirahət, daha sonra isə antiviral preparatlardan istifadə etmək tövsiyə olunur.

Mütəxəssisin fikrincə, oksigen saturasiyası 90 faizdən aşağı düşübsə, bu, təcili xəstəxanaya getmək üçün birbaşa siqnaldır. Digər hallara gəldikdə isə, xəstəxana rejimi bəzən xəstəyə faydadan daha çox ziyan gətirə bilər. Çünki evdə qalaraq vəziyyətinin ağırlaşacagını düşünən bəzi xəstələr, COVID-19 qarşısında psıxoloji olaraq ağ bayraq qaldırır və get-gedə zəifləyərək, məğlub olurlar. Habuki belə həyəcanlanmağa əsas yoxdur.

Odur ki, test nəticəsi pozitiv çıxan, amma yüngül simptomlu və assimptomatik xəstələr ev müalicəsi zamanı mütləq yaşayış yeri üzrə poliklinika həkimlərinin nəzarəti altında olmalıdırlar.

Ev müalicəsi zamanı dövlət xəstələri bütün dərman preparatları ilə pulsuz təmin edir. Sözügedən paketə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Amma özbaşına dərman qəbulu qətiyyən yolverilməzdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.