Yenilik.Az
www.Aydinliq.Az » Sağlamlıq » Deputat: "Koronavirus bir həftə sənin tabeçiliyndə olur, zarafatı heç xoşlamır"

Deputat: "Koronavirus bir həftə sənin tabeçiliyndə olur, zarafatı heç xoşlamır"

Deputat: "Koronavirus bir həftə sənin tabeçiliyndə olur, zarafatı heç xoşlamır"
2020-12-05 , 12:04

“COVİD-19 bəlasından qurtarmaq üçün xəstələri xətasız müalicə edən həkimlərə təşəkkür edirəm. Bu virus onu göstərdi ki, hər bir həkim öz ixtisası üzrə çalışmalı, digər sahələrə müdaxilə etməməlidir”.


Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.


E.Əliyev qeyd edib ki, COVİD-19-dan xeyli sayda dissertasiyalar yazılacaq: “Bəlkə vaksini tapana Nobel mükafatı da veriləcək. Maraqlıdır ki, hələ də virusa yoluxmuş xəstələrə antibiotiklərin verilib-verilməməsi məsələsi açıq qalır. İxtisası infeksion xəstəliklər olmayan bir həkim mənə antibiotiklə müalicə yazdı. İxtisası infeksion xəstəliklər olan başqa bir həkim isə qəti şəkildə antibiotikdən (azitromisin) imtina eməyi tövsiyyə etdi. Əlbəttə ki, mütəxəssisin tövsiyyələrinə qulaq asdım və COVİD-19-la vidalaşdım. Bəlkə də səhv edirəm: COVİD-19 virusu bir həftə (5-6 gün də ola bilər) sənin tabeçiliyndə olur. Bu müddət ərzində ona qələbə çalmalısan. Onu başına buraxandan sonra o səni əsarətinə alır. Və yaxanı onun əlindən qopartmaq çətinləşir. Onunla qətiyyən zarafat etmək olmaz. Zarafatı heç xoşlamır. Allah hamımızın köməyi olsun...”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.