Yenilik.Az
www.Aydinliq.Az » Sağlamlıq » Bu gündən Azərbaycanda qrip əleyhinə vaksinasiya başlayır

Bu gündən Azərbaycanda qrip əleyhinə vaksinasiya başlayır

Bu gündən Azərbaycanda qrip əleyhinə vaksinasiya başlayır
2020-10-12 , 07:27

Səhiyyə naziri Oqtay Şirəliyevin “2020-2021-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrinə əsasən, bu gündən respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri başlayır.

Vaksinasiyanın bir ay ərzində həyata keçirilməsi, eləcə də, əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri əmrdə əks olunub.
İlk növbədə, tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan altı aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcəklər.
Bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər.
Qeyd edək ki, peyvənd pulsuz olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.