Yenilik.Az
www.Aydinliq.Az » Sağlamlıq » Azərbaycanda koronavirusla bağlı son günün statistikası

Azərbaycanda koronavirusla bağlı son günün statistikası

Azərbaycanda koronavirusla bağlı son günün statistikası
2020-10-03 , 16:50

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 40 561 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 354 nəfər müalicə olunaraq sağalıb, 595 nəfər vəfat edib, aktiv xəstə sayı 1 612 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 789, ötən müddət ərzində isə ümumilikdə 1 132 327 test aparılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.