Yenilik.Az
www.AYDINLIQ.az » Sağlamlıq » Qurdları öldürür, xərçənglə mübarizə aparır... - Tərxunun möcüzəvi faydaları

Qurdları öldürür, xərçənglə mübarizə aparır... - Tərxunun möcüzəvi faydaları

Qurdları öldürür, xərçənglə mübarizə aparır... - Tərxunun möcüzəvi faydaları
2020-01-15 , 14:13

Tərxun vitamin və minerallar, efir yağları, flavonoid, kumarin, alkaloidlər və bəzi digər nadir faydalı maddələrlə zəngindir.

BakuPost xəbər verir ki, tərxun qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu. Həmçinin tərxunu "sevgi" dərmanların tərkibinə də daxil edirdilər. Tərxunun çoxlu faydalı xüsusiyyətləri var:


-Tərxun orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, beyinin fəaliyyətini və əhvalı yaxşılaşdırır.

-Damarları möhkəmləndirir, onları daha elastik edir, damarlarda trombların və aterosklerozun əmələ gəlməsi riskini azaldır, təzyiqi salır.

-Bağırsaqlarda qurdları və patogen mikrobları öldürür.

-Depressiya zamanı yaxşı kömək edir.

-Kişilərdə potensiyanı artırır.

-Diş və baş ağrısını azaldır.

-Xərçəng əleyhinə təsirə malikdir.

-Qastrit və madə xorası olanlara tərxun yemək olmaz.

-Hamiləlik zamanı bu göyərtinin istehlakı uşaqlığın tonusunun artmasına səbəb ola bilər ki, bu da hamiləlik üçün təhlükə yaradır.

Tərxunun çoxlu miqdarda istehlakı zəhərlənməyə gətirib çıxarda bilər. Bu zaman insanda ürəkbulanması, qusma, hətta bayılma kimi simptomlar meydana çıxır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.