Yenilik.Az
ww.Aydinliq.Az » Sağlamlıq » Daha 52 nəfərdə koronavirus tapıldı - 1 nəfər vəfat etdi

Daha 52 nəfərdə koronavirus tapıldı - 1 nəfər vəfat etdi

Daha 52 nəfərdə koronavirus tapıldı - 1 nəfər vəfat etdi
2020-05-04 , 19:24

Azərbaycanda 52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan verilən məlumata görə, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1480 nəfər müalicə olunaraq sağalmış, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.