Yenilik.Az
ww.Aydinliq.Az » Sağlamlıq » Adi çay qaşığı ilə sağlamlığı necə yoxlamalı? - Evdə 2 dəqiqəlik TEST

Adi çay qaşığı ilə sağlamlığı necə yoxlamalı? - Evdə 2 dəqiqəlik TEST

Adi çay qaşığı ilə sağlamlığı necə yoxlamalı? - Evdə 2 dəqiqəlik TEST
2020-04-27 , 10:59

Bu metod hələ sovet illərindən dəbdədir. Bir çoxları nəticəsinin 100% olduğunu bildirir. Evdə bir çay qaşığı ilə sağlamlığınızda bəzi problemləri aşkara çıxara bilərsiz.


Aydınlıq.az medicina.az-a istinadən bu metodu təqdim edir.

Onu evdə istənilən adam özü üçün edə bilər.

Səhər yuxudan oyanan kimi çay qaşığını götürüb, arxa hissəsini dilinizin üzərinə, bir qədər arxaya doğru da olmaqla bir iki dəfə sürtüb, dilin üzərində 3 dəqiqə saxlayırsız.


Sonra qaşığı götürüb, 1 dəqiqənin ərzində bu sxemlə nəticə çıxarmalısız.

- Qaşıqdan pis qoxu gəlirmi, üzərində ərp varmı?

Əgər bunlar yoxdursa, təbrik edirik, siz sağlamsız. Əgər varsa, deməli, problemlər var.

- Ağ, sarı ərp - qalxanvari vəz problemidir.

- Bənövşəyi ləkə, ərp - nadir halda olur, amma varsa qanda xolesterin, ürək problemi və bronxit əlamətidir

- Narıncı ərp- böyrək problemidir

- Kəskin, dözülməz qoxu - mədə-bağırsaq, həzm xəstəlikləri

- Şirin qoxu - diabet və şəkərdən öncəki ərəfə

- Ammiak qoxusu - böyrək problemləri var

Qaşıq testiniz yaxşı çıxmayıbsa, ilk işiniz terapevtə müraciət etməkdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.