Yenilik.Az
ww.Aydinliq.Az » Sağlamlıq » Koronavirusla bağlı məsləhətlər: "Cinsi əlaqələrdən uzaq durun" - VİDEO

Koronavirusla bağlı məsləhətlər: "Cinsi əlaqələrdən uzaq durun" - VİDEO

Koronavirusla bağlı məsləhətlər: "Cinsi əlaqələrdən uzaq durun" - VİDEO
2020-03-29 , 19:22

Həkim-dietoloq Fuad Məcidov COVİD 19-la bağlı məsləhətlər verib
Buta.ws Baku.ws-ə istinadən xəbər verir ki, doktor koronavirusa yoluxub-yoluxmadığını bilmək istəyənlərə özlərini necə test etməli olduqlarını başa salıb:
"Dərindən nəfəs al, nəfəsini tut, 5-ə qədər say və burax. Öskürmədinsə, başın gicəllənmədisə, təngənəfəs olmadınsa, boğulmadınsa və ağrın olmadısa, demək, heç bir problemin yoxdur. Ən gözəl testi mən sizə söylədim".

F.Məcidov koronavirusun 4 vacib əlamətinin aşağıdakılar olduğunu bildirib:

"Birincisi, temperaturunuz 39 dərəcədirsə və temperatur salıcı dərmanlar içmənizə baxmayaraq düşmürsə,
İkincisi, dayanmadan güclü və boğucu öskürək,

Üçüncüsü; təngənəfəslik, huşunu itirəcək dərəcədə boğulma, bədən yorğunluğu və əzələlərdə ağrılar,

Dördüncüsü; diareya.

Yuxarıda sadaladığımız bu 4 əlaməti özünüzdə müşahidə etdinizsə, hətta ikisi və üçü sizdə varsa, mütləq təcili yardıma zəng edin".

O, hazırda yaşadığımız viral dövrdə insanlara yaxın təmasdan çəkinməyi məsləhət görüb:
"Öpüşməyin, qucaqlaşmayın. Bu viral dövrdə cinsi əlaqələrdən uzaq durun".

F.Məcidov koronavirusdan qorunmaq üçün digər vacib məsləhətlər də verib:
"Olduğunuz otağın havasını tez-tez dəyişin. Hava cərəyanının olduğu yerdə COVİD 19-un olması mümkün deyil. Çünki hava cərəyanı virusu öldürür. Sağlam qidalanın, yağ toxumalarından xilas olun. Ayaqqabılarınızı evdə çıxarmayın. Paltarlarınızı balkona qoyun. Burun boşluğunuzu, boğazınızı sirkəli məhlulla və ya duzlu su ilə yuyun".
[frame=http://baku.ws/video2/v.php?v=1394812]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.