Yenilik.Az
www.Aydinliq.Az » Sağlamlıq » Koronavirus hava yolu ilə yoluxur? - Rəsmi cavab

Koronavirus hava yolu ilə yoluxur? - Rəsmi cavab

Koronavirus hava yolu ilə yoluxur? - Rəsmi cavab
2020-03-29 , 18:29

Koronavirus insandan-insana hava yolu ilə keçmir.


Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi "Facebook” səhifəsində yayılıb.

Məlumata görə, COVID-19 yalnız virus daşıyıcılarının öskürmə, asqırma və ya danışdıqları zaman saçılan damcılar yolu ilə yoluxma gerçəkləşə bilər.

Qeyd edilib ki, damcılar çox ağır olduğuna görə havada qalmır, dərhal düşür.

Bu səbəbdən ÜST insanlar arasında ən azı 1 metr məsafəni qorumağa, əlləri tez-tez yumağa və göz, burun və ağıza isə toxunmamağa çağırır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.