Yenilik.Az
ww.Aydinliq.Az » Sağlamlıq » Abort edənlər üçün koronavirusun ölümcül təhlükəsi var imiş

Abort edənlər üçün koronavirusun ölümcül təhlükəsi var imiş

Abort edənlər üçün koronavirusun ölümcül təhlükəsi var imiş
2020-03-27 , 20:24

Koronavirus doğuş və ya abort həyata keçirən qadınların ölümünə səbəb ola bilər.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin yaydığı tövsiyə məktubunda bildirilib.

Mütəxəssislərin sözlərinə görə, xəstəliyin qızğın dövründə hamiləliyin yarımçıq saxlanılması və ya doğuş həyata keçirmək ananın ölümü, yaxud da ağırlaşmalarla (yoluxmanın gətirdiyi fəsadların daha da ağırlaşması, habelə tənəffüs çatışmazlığı, qanaxma ilə) nəticələnə bilər.

Bundan başqa, ananın koronavirusa yoluxması dölün ölümünə, yaxud doğuşdan sonra irinli-septik xəstəliklərə səbəb ola bilər.

Qurumdan bildirilib ki, COVID-19-a yoluxmuş, həmçinin süni tənəffüs aparatına qoşulmuş ana və uşağın həyatını xilas etmək üçün qeysəriyyə əməliyyatı həyata keçirilməlidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.