Yenilik.Az
ww.Aydinliq.Az » Sağlamlıq » DİQQƏT: Panika və stress keçirənlər koronavirusa daha tez yoluxur – VACİB MƏSLƏHƏTLƏR

DİQQƏT: Panika və stress keçirənlər koronavirusa daha tez yoluxur – VACİB MƏSLƏHƏTLƏR

DİQQƏT: Panika və stress keçirənlər koronavirusa daha tez yoluxur – VACİB MƏSLƏHƏTLƏR
2020-03-27 , 20:23

Yeni koronavirus epidemiyası qlobal miqyasda dünyada və ayrı-ayrı fərdlərdə həm də psixoloji, nevroloji vəziyyəti gərginləşdirərək, ziyanlı təşviş, panika, qorxu, stress yaratmaqdadır.


Bu gün hələ ki, aclıq və təbii fəlakətlər baş verməsə də, mütəxəssislər indiki halda insanları cənginə alan panikanın həddini I və II dünya müharibəsi dövründəki stress dərəcəsi ilə eyniləşdirir.

Buna səbəb neqativ xəbərlər, hər an ümidsizlik yaradan informasiya bolluğu, insanların bəd məlumatları bir-birinə tez ötürməsi üçün əlində hər cür texniki imkanın olmasıdır.

Medicina.az xəbər verir ki, stress, təşviş indiki məqamda hədindən artıq təhlükəlidir. Çünki təşviş və stress immuniteti bir az da çökdürərək, insanı virus qarşısında tamam müdafiəsiz qoyur.

Səhər gözünü açandan gecə yatana kimi koronavirus barədə danışmaq, düşünmək, özünün və ailəsinin sabahkı durumu üçün hədsiz narahatlıq keçirmək, karantin rejimini dünyanın sonu hesab edib, dözməyəcəyini elan edənlər, əslində, koronavirus üçün aciz və əlçatan qurbana çevrilirlər.

Nevroloqların fikrincə, panika və qorxu koronavirusdan öncə insanda artıq əvvəldən olan xəstəlikləri də aktivləşdirir.
Bura ürək -damar, xroniki xəstəliklər, şəkər, nevroz, depressiya, panikatak, müxtəlif allergik reaksiyalar, damar spazmları, baş ağrıları və s aiddir.

Əsasında qorxu dayanan xəstəliklər - təşviş-həyəcan pozuntusu, bəzi nevroloji xəstəliklər, davranış pozuntularıdır.
Psixoloqlar indi heç vaxt olmadığınız qədər emosional stabilliyi qoruyub, hər gün pozitiv, müsbət, xoş informasiya ilə “qidalanmağı” məsləhət görür.

Neqativ xəbərləri az oxuyun, günün müəyyən saatında koromavirusa vaxt ayırın, qalan saatlarda tamam başqa mövzularda informasiya axtarışında olun.

Əgər pandemiya dövründə 1 həftə ərzində davamlı olaraq güclü stress, panika, həyəcan, əhvalın düşməsi, yuxu pozulması, çarəsizlik hiss edirsizsə, koronavirus sizi yaxalamadan nevroloq və psixiatra müraciət edin.

Qeyd edək ki, 3 gün stress, gərginlik, qorxu və bundan qaynaqlanan əsəb partlaması insanın immun sistemini 21 gün “söndürür”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.