Baku Medikal Plazadan koronavirusla mübarizədə ŞOK YENİLİK

Koronavirusla mübarizə özəl səhiyyə müəssisələrinin də öz fəaliyyətlərində müəyyən dəyişikliklər etməsini qaçılmaz edir. Baku Medical Plaza rəhbərliyi də insanların sağlamlığına xüsusilə diqqətli yanaşdığı üçün bəzi yeniliklər edib. Bununla bağlı Aydinliq.az-a daxil olan məlumatı olduğu kimi sizə təqdim edirik:
- hamilələri və yenidoğulmuşları digər xəstələrlə təmasdan qorumaq məqsədi ilə "Babək" filialını tamamilə doğum evinə çevirdik, ambulator xidmətlər də yalnız hamilələrə göstərilir;
- beynəlxalq protokollara uyğun olaraq zahıların bir-birindən təcrid prosedurları tətbiq edilmişdir;
- bütün əməliyyatxanalar fərdi doğuş zallarına çevrilmiş, hamilə və zahılara sancı, doğum (qeysəriyyə), reanimasiya məqsədli tibbi prosedurlar özəl olaraq həyata keçirilir;
- stasionara hamilələr və tibbi personal xaric heç kimin daxil olmasına icazə verilmir;
- hamilələr əlavə pul ödənişi olmadan tək nəfərlik VİP şəraitli palatalarda yerləşdirilir;
- pasientlər həkim-infeksionistin mütləq nəzarətində saxlanılır;
- yenidoğulmuşların valideynlərinin sonradan həkim məsləhəti almaları üçün saat 09.00 -16.30 arası pulsuz "telemetriya" xidmətinə (kənardan həkimlə videogörüntülü əlaqə) başlanılmışdır.
Doğuş xaric bütün digər xidmətlər klinikanın "Mərkəz" və "Medilux" (pediatriya) filiallarında göstərilir.