Yenilik.Az
www.AYDINLIQ.az » Sağlamlıq » Koronavirusdan qorunmaq üçün ən yaxşı metod — VİDEO

Koronavirusdan qorunmaq üçün ən yaxşı metod — VİDEO

Koronavirusdan qorunmaq üçün ən yaxşı metod — VİDEO
2020-03-18 , 11:49

Fransa Senatının üzvü İv Pozzo Di Borqo Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin qonağı olub.


Demokrat.az xəbər verir ki, telefonla verilişə qoşulan Senat üzvü, Fransada koronavirusla bağlı görülən tədbirlərdən danışıb


Bununla yanaşı o, Azərbaycan vətəndaşlarına epidemiyadan qorunma ilə əlaqədar tövsiyələrini verib. İv Pozzo Di Borqo deyib ki, Fransa hökuməti əslində koronavirusa qarşı tədbir görməkdə gecikib:


"Amma dünən Fransa Prezidenti ölkə vətəndaşlarına birbaşa müraciət etdi. Tarixdə ilk dəfə idi ki, ölkə rəhbərinin çıxışını 36 milyon vətəndaş dinlədi. Deyə bilərəm ki, gec də olsa görülən tədbirlər çox faydalı oldu.

Prezident Emmanuel Makron istədi ki, bütün fransızlar evlərində qalsınlar. Çünki bu üsul virusa yoluxmamaq üçün ən yaxşı metoddur.


Fərqi yoxdur aptekə gedir, gəzintiyə gedir, və ya idman etmək məqsədi ilə gəzintiyə çıxır, bu haqda vətəndaş öz imzası ilə yazılı izahat verməlidir. Orada göstərməlidir ki, dükana ərzaq almağa və yaxud, digər vacib səbəbdən evindən çıxır. Hətta həkimə getsə də

İşləyən insanlara gəldikdə, onlara tövsiyə olundu ki, uzaqdan iş rejiminə keçsinlər. Məcburiyyət qarşısında işə gedənlərə isə əl verib görüşmək qadağan olunur. İnsanlarla 2 metr saxlayaraq danışmaq tövsiyə edilir.

Bu, birbaşa təmasdan qaçmaq məqsədi daşıyır. Belə tədbirlər İtaliyada həyata keçirildi və görünən odur ki, öz bəhrəsini verməyə başlayıb.

Fransada koronavirusla bağlı verilən ən yaxşı məsləhət ondan ibarətdir ki, hər bir vətəndaş evində qalsın, virusun başqalarına keçməsinə şərait yaratmasın. Fransada ailə toplantıları da qadağan olunub.


Əgər eyni problem Azərbaycanda da varsa, bu tövsiyələr sizin üçün də keçərlidir. Koronavirus çox həssasdır. Bu gün bütün Avropa dövlətləri virusla mübarizədə eyni addımları atırlar".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.