Yenilik.Az
ww.Aydinliq.Az » Sağlamlıq » Astara və Cəlilabad xəstəxanalarında acınacaqlı durum - "Bizi yoxlamırlar, ac-susuz saxlayırlar" - VİDEO

Astara və Cəlilabad xəstəxanalarında acınacaqlı durum - "Bizi yoxlamırlar, ac-susuz saxlayırlar" - VİDEO

Astara və Cəlilabad xəstəxanalarında acınacaqlı durum - "Bizi yoxlamırlar, ac-susuz saxlayırlar" - VİDEO
2020-02-28 , 14:57

İrandan gələn vətəndaşlarımız Astara gömrük-sərhəd keçid məntəqəsindən keçdikdən sonra koronavirus təhlükəsinə görə Astara rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Medicina.az xəbər verir ki, həmin şəxslərin çoxu İranda təhsil alan tələbələrdir. Sosial şəbəkələrdə paylaşılan videolardan aydın olur ki, vətəndaşlarımız karantində daha acınacaqlı vəziyyətdə saxlanılırlar.Xəstəxanada vəziyyət heç də ürəkaçan deyil. Dezinfeksiya tədbirləri həyata keçirilimir, karantinə alınan şəxslərə geyim və tibbi maska verilmir. Hətta xəstəxanada tibbi spirt belə yoxdur.

Vətəndaşlar qeyd edir ki, xəstəxananın təmizliyi xlorla həyata keçirilir. Bundan əlavə, sanitar qovşaqları istifadəyə yararsız və antisanitar vəziyyətdədir. Çarpayılarda yataq dəstləri yoxdur.

Digər bir videoda isə İrandan qayıdan və karantinə alınan azərbaycanlı tələbə xəstəxanadakı son vəziyyət haqqında danışıb. Bildirib ki, onları 6 saata yaxın soyuq havada ac-susuz gözlədiblər. Daha sonra ambulansla Cəlilabad rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Həmin şəxs bildirir ki, xəstəxananın şəraitsizliyi bir yana, həkimlər də onlarla çox pis rəftar edir. Aralarında panik-atak, nevroz kimi xəstəliyi olan şəxslərə tutmaları zamanı heç bir kömək göstərilmir, müayinə olunmurlar. Xəstəxanaya gəldikləri iki gündə yalnız bir dəfə temperaturları ölçülüb.

Tələbə video vasitəsilə aidiyyatı qurumlardan kömək istəyir, heç olmasa, ac-susuz qalmalarının qarşısının alınmasına ümid edir.

Həmin videonu təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.