Yenilik.Az
www.AYDINLIQ.az » Rəsmi » Pensiyalar artımlarla birgə ödənildi - RƏSMİ

Pensiyalar artımlarla birgə ödənildi - RƏSMİ

Pensiyalar artımlarla birgə ödənildi - RƏSMİ
2020-02-08 , 17:20

“Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan bütün pensiyaçılara pensiyalar artımlarla birgə ödənilib”.
"Yeni Sabah" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib:

“Vətəndaşlar artıq pensiyalarını ala bilərlər. Pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla ödənilib. Digər şəhər və rayonlar üzrə pensiyalar, hər ay olduğu kimi qrafikə uyğun olaraq ödənəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.