Yenilik.Az
www.AYDINLIQ.az » Rəsmi » İlkin Süleymanovun polis əmisi oğlu işdən çıxıb? — RƏSMİ AÇIQLAMA

İlkin Süleymanovun polis əmisi oğlu işdən çıxıb? — RƏSMİ AÇIQLAMA

İlkin Süleymanovun polis əmisi oğlu işdən çıxıb? — RƏSMİ AÇIQLAMA
2020-01-31 , 15:46

“Murad Süleymanov Tovuz Rayon Polis Şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etməyib”.



Demokrat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.



“Murad Süleymanov yanvarın 6-dan məzuniyyətdədir. Onun polis şöbəsinə heç bir ərizəsi daxil olmayıb. Murad Süleymanov iddia edir ki, əmisi oğluna görə şərlənib, İlkin Süleymanova görə buna güzət olunmalı idi. Bunlar həqiqətəuyğun deyil. Hər kəs qanun qarışısnda bərabərdir, qanun qarşısında cavab verməlidir. Məzuniyyətdən qayıtdıqdan sonra isə o, ərizə ilə müraciət edər, yaxud etməz, bu da onun öz şəxsi işidir”.



Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. (Report)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.