Yenilik.Az
www.Aydinliq.Az » Rəsmi » Naxçıvanda dezinfeksiya tədbirləri davam etdirilir

Naxçıvanda dezinfeksiya tədbirləri davam etdirilir

Naxçıvanda dezinfeksiya tədbirləri davam etdirilir
2021-03-13 , 22:31

Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Naxçıvan şəhərində dəmiryol vağzalı, Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbi, 5 nömrəli uşaq bağçası, Heydər Əliyev Muzeyinin ətrafı, Heydər Əliyev prospekti, Nizami küçəsi, İstiqlal küçəsi, Atabəylər məhəlləsi, 1, 2, 3 və 5 nömrəli Mənzil İstismar idarələrinin ərazisinə daxil olan ictimai yaşayış binalarının zirzəmisi, ətrafı və girişləri dezinfeksiya edilib.
Dezinfeksiya tədbirləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupları və Baytarlıq İdarəsinin bir dezinfeksiya avtomobili vasitəsilə həyata keçirilib. Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dezinfeksiya tədbirləri muxtar respublikanın rayonlarında da davam etdirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.