Yenilik.Az
www.Aydinliq.Az » Rəsmi » “Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz” – İlham Əliyev

“Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz” – İlham Əliyev

“Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz” – İlham Əliyev
2021-02-26 , 16:37

"Qarabağda rəsmi dil məsələsi ilə bağlı deyə bilərəm ki, bu manipulyasiya növüdür. Orada hazırda Azərbaycanın qeyri-qanuni rəhbər adlandırılan manipulyasiyasıdır".

 
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
 
"Dağlıq Qarabağ mövcud deyil. Hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz. Eyni zamanda biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. 340-a yaxın rus dilli məktəbimiz var. Ermənistanda isə bu rəqəm sıfırdır. Yalnız orada rus hərbi kontingentinin uşaqları üçün məktəb var", - dövlət başçısı bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.