Yenilik.Az
www.Aydinliq.Az » Rəsmi » Ermənistanın Kəlbəcəri boşaltması üçün verilən vaxt uzadıldı

Ermənistanın Kəlbəcəri boşaltması üçün verilən vaxt uzadıldı

Ermənistanın Kəlbəcəri boşaltması üçün verilən vaxt uzadıldı
2020-11-15 , 15:13

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir”.

 
Bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
H. Hacıyev deyib ki, bəyanata əsasən, 15 noyabrda Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulub: “Dünən Azərbaycan və Rusiya prezidentlərinin müzakirəsi olub. Ermənistan tərəfinin Rusiya vasitəsi ilə Azərbaycana müraciəti olub. Ermənistan tərəfi bu müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti ağırlaşır, o istiqamətdən yalnız bir yol - Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti azdır. Azərbaycan Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin dekabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmayıb”.
 
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 20 noyabradək Ağdamdan, 1 dekabradək isə Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur./Pravda.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.