Yenilik.Az
www.Aydinliq.Az » Rəsmi » General-polkovnik Məhərrəm Əliyev "Twitter"də paylaşımlar edib FOTOLAR

General-polkovnik Məhərrəm Əliyev "Twitter"də paylaşımlar edib FOTOLAR

General-polkovnik Məhərrəm Əliyev "Twitter"də paylaşımlar edib FOTOLAR
2020-10-22 , 01:11

Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev "Twitter" sosial şəbəkəsi hesabında Azərbaycan Ordusunun Qarabağ cəbhəsində əldə etdiyi uğurları və qələbələrindən bəhs edən paylaşım edib.

Qazanılan qələbə və zəfərlərin təməlində Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyəti və dönməz iradəsinin dayandığını vurğulayan general-polkovnik qeyd edib ki, üçrəngli bayrağımızın Şuşada və Xankəndində dalğalanacağı gün yaxındadır.
"Üçrəngli bayrağımızı işğaldan azad edən ərazilərimizdə qürurla yüksəldən qəhrəman hərbçilərimiz zəfər yürüşlərini əzmlə davam etdirirlər. Düşmən xofdadır, qorxudadır və döyüş meydanından qaçır. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!", paylaşımını edən Prezidentin hərbi məsələlər üzrə köməkçisi digər paylaşımında yazıb: "Azərbaycanın rəşadətli Ordusunun Qarabağ cəbhəsində qazandığı qələbələri cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, sarsılmaz iradəsinin nəticəsidir!!!".
SİA həmin paylaşımları təqdim edir.
  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.