Yenilik.Az
www.AYDINLIQ.az » Rəsmi » Bakıda həkimin əməliyyat etdiyi xəstəni döyməsi ilə bağlı rəsmi açıqlama

Bakıda həkimin əməliyyat etdiyi xəstəni döyməsi ilə bağlı rəsmi açıqlama

Bakıda həkimin əməliyyat etdiyi xəstəni döyməsi ilə bağlı rəsmi açıqlama
2020-01-18 , 12:36

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, mərkəzin bununla bağlı yaydığı açıqlamada deyilir:

"Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb. O da məcbur olub əməliyyat zamanı xəstənin çənəsindən tutub ki, prosesin gedişatı pozulmasın. Linza qoyan zaman xəstə başını tərpədəndə düz yerinə oturmur və bu, fəsadlar yarada bilər. Xəstə əməliyyatdan çıxanda hər kəsdən razılıq edərək gedib. Görünür, sonradan xəstəni kimsə öyrədib.

Həkim necə xəstəni vura bilər? Hələ söyüş söymək, ümumiyyətlə, inandırıcı deyil.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.